
Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Dövlət
Sərhəd Xidmətinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam
edir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nümayəndələr İzmir şəhərində yerləşən
“Doğanbey” təlim sahəsinə gələrək Türkiyə Respublikası Müdafiə
Sənayesi Komitəsinin sərgisi ilə tanış olublar.
Qonaqlara sərgidə nümayiş etdirilən aviasiya vasitələri,
pilotsuz uçuş aparatları, silah və döyüş texnikası ilə bağlı
ətraflı məlumat verilib.





























