Advertisement

Polineziyanın müstəqilliyini əldə etməsi bizim üçün çox vacibdir – “Tavini” partiyasının üzvü (VİDEO)

Bakı. Trend:

Polineziyanın müstəqilliyini əldə etməsi bizim üçün çox
vacibdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan
Fransız Polineziyasının “Tavini” partiyasının üzvü Rui Uretevi Paya
deyib.

“Mən ixtisasartırma məktəbinin müəllimiyəm. Bu səfərin məqsədi
iqtisadiyyat, təhsil və s. sahələrdə mümkün əməkdaşlığı müzakirə
etməkdir. Məhz bu planlar çərçivəsində əməkdaşlıq üçün müxtəlif
imkanları müzakirə edə biləcəyik”, – deyə o bildirib.

Dünən Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə)
Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin
hakim “Tavini” partiyasının rəhbər heyətinin Azərbaycana səfəri
başlayıb.

Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası
arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm,
təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması
imkanlarının nəzərdən keçirilməsidir.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə
kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində
fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş
tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində
BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş:
assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata
keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və
Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin
müddəalarına uyğun olaraq təşkil olunur.

Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız
Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik
qazanması uğrunda mübarizə aparır.