
Bakı. Trend:
İranın Azərbaycandakı səfiri Səyid Abbas Musəvi və Azərbaycan
Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev iki qonşu ölkə arasında münasibətlərdə yeni
səhifənin açılmasının zəruriliyini vurğulayıblar.
Trend-in məlumatına görə, bu barədə səfir “X” sosial şəbəkəsində
yazıb.
“Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyevlə bu yaxınlarda keçirdiyim görüşdə biz Cənubi Qafqaz
regionunda baş verən son hadisələri və İran və Azərbaycan arasında
ikitərəfli münasibətləri nəzərdən keçirdik. Biz iki qonşu dövlət
arasında münasibətlərdə yeni səhifənin açılmasının vacibliyini
vurğuladıq”, – deyə paylaşımda bildirilib.





























