Advertisement

Minalar ətraf mühitə böyük zərər yetirir – Samir Poladov

Zəngilan. Trend:

Qarabağda 1,5 milyona yaxın yerüstü minanın zərərsizləşdirilməsi
12600 ton karbon tullantısı ilə nəticələnə bilər.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov
“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl
gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü
beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında
deyib.

Onun sözlərinə görə, bu minaların humanitar problemlərdən əlavə,
ətraf mühitə də zərər yetirdiyini vurğulayır.

S.Poladov qeyd edib ki, Azərbaycan minatəmizləmə problemlərinin
həlli üçün, əvvəlki kimi, beynəlxalq birlik və donorlarda iştirak
etməlidir.

“Ümid edirik ki, bu maliyyə dəstəyi yaxın illərdə artacaq”, –
deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən
çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra
ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər
heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif
ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə
ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli
şəxsləri təmsil olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun