Advertisement

Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşüb

Bakı. Trend:

Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey
Russkix ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji
tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu
vurğulanıb.

Tərəflər Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli
əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı
tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri də
müzakirə edilib.