
Bakı. Trend:
Ermənilər son 200 ildə xalqımıza qarşı dəhşətli, insanlığa
sığmayan qəddarlıqla soyqırımları, qətliamlar və terror aktları
törədib, on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Bu
cinayəti törədənlər indiyə qədər layiqli cəzasını almayıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Musa
Qasımlı bildirib ki, Prezident İlham Əliyev sakinlərlə görüşü
zamanı bir sıra məsələləri vurğuladı.
“Cənab Prezident soyqırımın tanınması məsələsinə toxundu və
bildirdi ki, bu soyqırıma görə Ermənistan üzr istəməlidir. Bu
soyqırımı azərbaycanlılara qarşı törədilib, amma mahiyyətinə və
miqyasına görə bütün bəşəriyyətə və sivilizasiyaya qarşı törədilmiş
soyqırımıdır, ağır bəşəri cinayətdir”, – deyə deputat əlavə
edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























