Bakı. Trend:
Fransa BMT-nın qətnamələrinə riayət etmir.
Trend-in məlumatına görə, bunu Tavini Huiraatira Partiyası sədr
müavinin xarici əlaqələr üzrə müşaviri, Punaauia şəhərində
Tavini-nin baş koordinatoru xanım Marania Vaianui Milli Məclisdə
“Fransız Polineziyasının Dekolonizasiya Hüququ – Çağırışlar və
Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.
O qeyd edib ki, BMT qətnamələrində qeyd edilir ki, biz
müstəmləkəçilikdən azad olmalıyıq. “193 ölkə bizə dəstək
göstərməlidir. Mən öz xalqımızın azadlığını istəyirəm ki, biz
torpaqlarımızı azad edək, öz təbii sərvətlərimizdən səmərəli
istifadə edək”, – deyə o əlavə edib.
Xəbər yenilənəcək





























