Bakı. Trend:
Fransa bilərəkdən bizim ərazimizi nəzarətdə saxlayaraq
turistlərin gəlməsinə çətinlik yaradır.
Trend-in məlumatına görə, bunu bu gün Fransız Polineziyası
Assambleyasının Turizm və Mədəniyyət işləri üzrə komissiyasının
katibi Kliff Loussan Milli Məclisdə “Fransız Polineziyasının
Dekolonizasiya Hüququ – Çağırışlar və Perspektivlər” mövzusuna həsr
edilmiş konfransda deyib.
O qeyd edib ki, Fransanın bu siyasəti Polineziyanın
iqtisadiyyatının inkişafının qarşısını alır.
“Fransa bizi asılı vəziyyətdə saxlayır. Fransa miqrasiya
məhdudiyyətləri qoyur ki, bu da turizmə mənfi təsir göstərir.
Gələn turistlərə vizaların verilmsəinə də maneçilik törədir.
Fransa deyir ki, Polineziya Fransadır. Fransa Polineziyanın
azadlığa doğru getməsini istəmir, bizim iqtisadiyyatımızın
inkişafına mane olur. Bu gün biz əmin olmalıyıq ki, bizim səsimiz
bütün cəmiyyətlər tərəfindən eşidiləcək”, – deyə o əlavə edib.





























