Bakı. Trend:
Fransa bilərəkdən bizim ərazimizi nəzarətdə saxlayaraq
turistlərin gəlməsinə çətinlik yaradır.
Trend-in məlumatına görə, bunu Fransız Polineziyası
Assambleyasının Turizm və Mədəniyyət işləri üzrə komissiyasının
katibi Kliff Loussan Milli Məclisdə “Fransız Polineziyasının
Dekolonizasiya Hüququ – Çağırışlar və Perspektivlər” mövzusuna həsr
edilmiş konfransda deyib.
O qeyd edib ki, Fransanı bu siyasəti Polineziyanın
iqtisadiyyatının inkişafının qarşısını alır.
“Fransa bizi asılı vəziyyətdə saxlayır. Fransa miqrasiya
məhdudiyyətləri qoyur ki, bu da turizmə mənfi təsir göstərir. Gələn
turistlərə vizaların verilməsinə də maneçilik törədir. Fransa deyir
ki, Polineziya Fransadır. Fransa Polineziyanın azadlığa doğru
getməsini istəmir, bizim iqtisadiyyatımızın inkişafına maneə olur.
Bu gün biz əmin olmalıyıq ki, bizim səsimiz bütün cəmiyyətlər
tərəfindən eşidiləcək”, – deyə o əlavə edib.
Xəbər yenilənəcək





























