Bakı. Trend:
Vətən müharibəsində Qələbədən sonra Azərbaycanın regional və
beynəlxalq siyasi mövqeyi güclənir. Milli Məclisdə “Fransız
Polineziyanısının dekolonizasiya hüququ- çağırışlar və
perspektivlər” mövzusunda keçirilən növbəti konfrans da
dövlətimizin xarici siyasətində ön yerə çıxan yeni strateji
kursun-antimüstəmləkiçilik siyasətinin bariz nümunəsidir.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan
hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə keçirilən
konfransda deyib.
O qeyd edib ki, Fransanın müasir müstəmləkəçilik siyasəti
dənizaşırı əraziləri maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə
salmaq, təbii sərvətləri talamaq, əhalini işsiz və yoxsul qoymaq,
dil, mədəniyyət və təhsil sahəsindəki zorakı tətbiqləri və
assimilyasiya siyasəti, nüvə və s. sınaqları ilə əhalinin
sağlamlığına və ekologiyaya zərbə vurmaq, qeyri-qanuni
məskunlaşdırma siyasəti həyata keçirməklə müşaiyət olunur.
Əgər Polineziya, yaxud Yeni Kaledoniyada Yelisey hakimiyyətini
gül-çiçəklə qarşılayırlarsa, onda nə üçün Makron 22 may 2024-cü
ildə təcili səfərindən əvvəl Fransa xüsusi təyinatlı qüvvələrinin
böyük bir qrupu Paris hava limanından nümayişkəranə şəkildə
müstəqillik tərəfdarlarını boğmağa göndərir? Çünki yaxşı başa düşür
ki, əgər təcili tədbir görməsələr, onda azadlıq dalğası bütün
okeanətrafı əraziləri bürüyəcək və ötən əsrin 50-ci illərində-de
Qoll Fransasındakı kimi, koloniyalar müstəqilliklərinə
qovuşacaqlar.
Paris sərəncamında olan qlobal media, siyasi institutlar, yumşaq
güc alətləri, vətəndaş cəmiyyətinin əliylə belə mənzərə yaradır ki,
guya dənizaşırı xalqların hamısı inqilab edib 5 respublika quran
fransız xalqının dünyəvi gücünə sığınıb könüllü onların hakimiyyəti
altına daxil olublar. Fiksiyadır. Dünyada böyük auditoriyası olan
“Mond”, yaxud “Fiqaro” səhifələrində siz əzilən xalqların səsini
eşitməzsiniz. Onda sual olunur, hanı Avropanın azad mediası? Cavab
birdir-Qərbin elektron və çap maşını hakim millətlərin- -titullu
xalqların mənafelərinə xidmət edir”, – deyə o əlavə edib.





























