Bakı. Trend:
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.
Trend xəbər verir ki,
məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və
qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən
öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı
və səadət, Azərbaycan xalqına daha çox rifah və tərəqqi,
ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı
illərdə daha da möhkəmlənməsini arzulayıram”.





























