Advertisement

Ermənilər hələ də mina xəritələrini təqdim etməyib – Beynəlxalq ictimaiyyət niyə susur (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş
Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə
cari ilin 30-31 may tarixlərində 3-cü beynəlxalq humanitar
minatəmizləmə konfransı keçirilir. Məlumdur ki, Azərbaycan
minalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ölkə ərazisinin
12 faizi minalarla və partlamamış sursatlarla çirklənib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad
Həsənov bildirib ki, bu gün ən ağrılı problemlərdən biri də
Azərbaycan ərazisində minaların basdırılmasıdır.

“İşğal dövründə ermənilər ərazilərimizdə ancaq minalar
basdırıblar. Azərbaycan minaları öz hesabına təmizləyir. Vətən
müharibəsindən sonra 360-dan artıq insanımız minaların qurbanına
çevrilib. Bu, ağır faciədir. Azərbaycan indi o əraziləri
addım-addım təmizləyir. Ermənilər hələ də minaların dəqiq
xəritəsini vermir”, – deyə E. Həsənov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik: