Advertisement

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah
Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı
ünvanlayıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Pakistanın şimal-qərb bölgəsində
terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı
Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması
barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə
şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan
səbir diləyirik.

Allah rəhmət eləsin.”