Advertisement

Bir sıra Qərb dairələri öz ambisiyalarından əl çəkmir – Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Bu gün Ermənistanla Azərbaycan arasında aparılan sülh
danışıqlarında bir sıra Qərb dairələri öz ambisiyalarından əl
çəkmir.

Trend xəbər verir ki, bunu Arb24-ə açıqlamasında siyasi şərhçi
Sahil Kərimli deyib.

S. Kərimli əlavə edib ki, sülh prosesi son dönəmlər irəliyə
doğru gedir.

“Qərb dairələri isə Ermənistanda müəyyən iğtişaşlar törətməklə
bu prosesə mane olmaq niyyəti güdür. Regionumuzda Qərbin
Ermənistana və Gürcüstana təsir güclərini artırması nə ilə
bağlıdır? Həmin dairələr bölgədə öz hegemonluqlarını yaratmağa
yönəlmiş addımlar atırlar. Bunu biz həm Gürcüstanda, həm də
Ermənistanda görürük”, deyə siyasi şərhçi əlavə edib.

Verilişin geniş versiyasını təqdim edirik: