Bakı. Trend:
Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün
Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsi
imzalanmalıdır.
Trend xəbər
verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər
“Efes-2024” çoxmilli təlimləri çərçivəsində deyib.
Onun sözlərinə görə, Türkiyə tərəflərin sülh prosesindəki səmimi
səylərini dəstəkləyir.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sülhə nail olmaq üçün
bu tarixi imkandan istifadənin vacibliyindən danışıb. Həmçinin,
Ermənistanın və erməni xalqının gələcəyi üçün lazım olan real
yanaşma nümayiş etdirən baş nazir Nikol Paşinyanın son
açıqlamalarını da alqışlayıram”, – o deyib.





























