
Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyalarına rəhbərlik
etdiyini vurğulayan arxiyepiskop Baqrat – yəni Vazgen Qalstanyan –
“müqavimətin ən genişmiqyaslı. qətiyyətli və radikal dövrü”nün
başladığını bəyan edib.
Ermənistan Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş
(Tovuzqala) yeparxiyasının arxiyepiskopu İrəvandan Gümrüyə yürüş
edərək etiraz aksiyalarının miqyasını və intensivliyini daha da
artırmaq niyyətində idi.
Vazgen Qalstanyanın məramı alınmadı, çünki Gümrüdə onun
mitinqinə qatılan ermənilərin sayı təxminlənəndən ən azı 15 dəfə az
idi.
Statistikanın mənfi məcrada olduğunu görən V.Qalstanyan və ya
keşiş Baqrat İrəvandakı son aksiya barədə bəyanatlar verməklə
vəziyyəti “normallaşdırmaq” fikrinə düşüb.
Ermənistanın paytaxtında tərəfdarlarını XİN binası qarşısına
toplayan və nazir Ararat Mirzoyanın onunla görüşməsini, sonra da
istefa verməsini tələb edən keşiş Baqratın bu istəyi siyasi
idiotizmin, yaxud da hakimiyyətə gəlmək istəyən şəxsin nə
etməyəcəyi barədə nümunə sayıla bilər.
A.Mirzoyanın istefa tələbinin mənası və məntiqi nədir? Bunu
keşiş Baqrat bilmirdi, çünki ona belə əmr verilmişdi.
Əmrin müəllifləri erməni kilsəsi (EAK), sabiq prezidentlər
Robert Köçəryan və Serj Sarqsyan, habelə daşnaklar, ABŞ, Rusiya və
Fransadakı erməni icmalarının diaspor təşkilatlarının rəhbəri, bir
də kənardan maliyyələşən və idarə olunan müxalifət qruplarının
başçılarının formalaşdırdıqları “anti-Paşinyan koalisiyası”
idi.
Ermənistanın XİN-i hakimiyyətin, daha konkret olsaq, baş nazir
Nikol Paşinyanın iradəsinin və mövqeyinin xaricə translyasiya
olunduğu strukturdur. XİN başçısının dəyişməsi heç bir halda daxili
siyasətə və proseslərə təsir edə bilməz. Keşiş Baqratın tələbinin
marazmatik olması da bununla bağlıdır.
Amma hər şey göründüyü kimi bəsit deyil: Ararat Mirzoyanı
vəzifəsindən kənarlaşdırmağa çalışan Ermənistanın sabiq prezidenti
Robert Köçəryandır.
O, hakimiyyətə gəlmək və baş naziri postuna yiyələnmək üçün
aprelin 19-da Tavuş (Tovuzqala) bölgəsində başlatdığı, rəsmi
məqsədi Azərbaycanla Ermənistan arasında delimitasiya və
demarkasiyanın, habelə yekun sülh müqaviləsinin imzalanmasının
qarşısını almaq, prosesləri dayandırmaq olan aksiyalarla
N.Paşinyanı hakimiyyətdən kənarlaşdıra biləcəyinə ümid edirdi.
Keşiş Baqratın sonradan İrəvana yürüşü, Ermənistan paytaxtının
mərkəzində mitinqlər keçirməsi, tərəfdarlarına yolları bağlamağı
tapşırması, sonda da dövlət qurumlarına və inzibati binalara
hücumlar edilərək onların ələ keçirilə biləcəyini “istisna
etməməsi” – bütün bunlar cəmiyyətdə hakimiyyətdən ciddi narazılığın
olduğunu göstərməli idi.
Olmadı, protest elektoratı adlandırılan kütlənin sayı Paşinyanın
postundan kənarlaşdırılması üçün əsla yetərli deyildi.
Keşiş Baqrat artıq ikinci ay davam edən etiraz aksiyaları ilə
məqsədlərinin heç birinə nail olmasa da, ambisiyalarından
qalmır.
Onun yeni bəyanatı isə ümumiyyətlə, ironiya ilə qarşılanıb.
“İndiki Ermənistan sovet Ermənistanının hüquqi varisi olduğundan
erməni kilsəsi məhkəməyə müraciət etməli, sovet hakimiyyəti
illərində kilsəmizə vurulmuş bütün zərərlərə və itkilərə görə
təzminat tələb etməlidir. Eçmiədzin şəhəri də oranın əsl sahibinə,
kilsəyə qaytarılmalıdır”.
Keşiq Baqratın siyasi bisavadlığı bir yana – onun elementar
məntiqi və ağlı belə, yoxdur.
Vaqarşapat və ya Eçmiədzin şəhəri heç zaman erməni kilsəsinə
mənsub olmayıb.
Xatırladaq ki, 1375-ci ildə Kilikiyada erməni hakimiyyəti
darmadağın ediləndən sonra erməni kilsəsinin yeri 1441-ci ildə
İrəvan yaxınlığındakı Vaqarşapata köçürüldü.
Bundan başqa, ermənilər xristianlığı qəbul etməzdən və kilsə
yaratmazdan əvvəl də mövcuddular: onlar Hindistanın indiki Mədrəs
vilayətindəki qaraçı tayfalarının bir hissəsi kimi Qərbə doğru köç
edərək Qafqazda, İranda və Anadoldu məskunlaşanda keşişlər
yoxdular.
Əzəli alban yaşayış məskəni, indiki Eçmiədzin şəhərinin tarixi
də Erməni Həvariyun (Apostol) Kilsəsinin tarixindən çox
qədimdir.
Dövlətdən və xalqdan “təzminat” tələb edən keşiş Baqrat hələ də
anlamır ki, belə marazmatik bəyanatlaı, xüsusilə də şouya çevirdiyi
“etiraz aksiyaları” vasitəsilə ermənilər arasında onsuz da nüfuzunu
sürətlə itirən kilsənin çəkisini həndəsi silsilə ilə
azaltmaqdadır.
Məhz keşiş Baqratın aksiyaları Ermənistan hakimiyyətini son
dövrlərdə aşkar və kobud şəkildə siyasətə müdaxilələrlə məşğul
olan, hətta baş nazir postunu ələ keçirmək istəyən kilsəyə qarşı
sərt addımlar atmağa vadar edib.
Ermənistanın baş naziri Nikol Paşinyan kilsənin ifrat
“azadlığı”nın, daha doğrusu, özbaşınalığının, külli miqdarda
maliyyə vəsaitini və əmlakı vergilərdən yayındırmasına son qoymaq
qərarına gəlib. Eyni zamanda o, EAK-ı “kənar qüvvələrin təsir
agentlərindən təmizləmək” niyyətini də açıqlayıb.
Məhz N.Paşinyanın bəyanatından sonra kilsə əmlakına vergi tətbiq
edilməsi barədə qanun layihəsinin hazırlanmasına başlanıb.
Paşinyanın kilsə ilə ixtilafı əslində onun və komandasının
Ermənistanda hakimiyyətə iddialı olan bütün qüvvələrlə
mübarizəsinin tərkib hissəsidir.
Erməni kilsəsi xarici ölkələrdəki erməni diasporu və
Ermənistanda əslən qarabağlı ermənilərdən ibarət, “qarabağlılar
klanı” adlanan, sabiq prezidentlər Robert Köçəryanın və Serj
Sarqsyanın başçılıq etdikləri strukturla işbirliyinə başlayaraq
hakimiyyəti qəsb etmək niyyətindədir.
EAK-ın katolikosu 2-ci Qareginin özünü “ermənilərin mənəvi
dayağı, ən böyük nüfuz daşıyıcısı” hesab etməsi onun
ambisiyalarından xəbər verir.
Əgər əvvəllər Ermənistanın hakimiyyət dairələri erməni
kilsəsinin başlıca ideologiyası olan revanşizmi, irqçiliyi, dini və
etnik zəmində nifrəti, terrorçuluğu, ərazi iddialarını və saxta
tarixi tam dəstəkləyərək milli-siyasi kursa çevirmişdisə, Paşinyan
administrasiyası yürütdüyü siyasətdə və strategiyada bu zəhərli
ideologemlərin çəkisini və sayını azaltmağa çalışır.
Azərbaycanla sülh danışıqları aparan, şərti dövlət sərhədinin
delimitasiya və demarkasiya prosesinə başlayan Nikol Paşinyana indi
həm daxildə, həm də erməni diasporunda ən ciddi maneələr yaradan
əsas qüvvələrdən biri erməni kilsəsidir.
Keşiş Baqrat və onun təmsil etdiyi kilsə hakimiyyətə qarşı
əvəllər milli-siyasi motivlərlə yüklənmiş şüarlarla ermənilərə
müraciət edirdisə, indi «hakimiyyətin İblisə satılması, Paşinyanın
dinə nifrət etməsi» ilə bağlı narrativləri ermənilər arasında
yaymağa çalışır.
Katolikos 2-ci Karegin və keşişlər bilirlər ki, toplam
intellektual səviyyəsi yüksək olmayan erməni cəmiyyətində belə
çağırışlar mənasız sayıla bilməz.
Və məhz bu səbəbdən erməni kilsəsi etiraz aksiyalarının rəhbəri
qismində ortaya arxiyepiskop Baqratı çıxararaq ermənilərin dini
hisslərini istismar etmək, onların etibarından yararlanaraq ölkədə
faktiki hakimiyyət uğrunda mübarizədə istifadə etməkdədir.
Erməni kilsəsi üçün baş nazir postunda keşiş Baqratla yanaşı,
sabiq prezident Robert Köçəryan da sərf edir. Əgər marionet Vazgen
Qalstanyan kilsədən, yəni Eçmiədzindən gələn bütün əmrləri yerinə
yetirəcək fiqurdursa, Robert Köçəryan da hakimiyyətdə qalmaq üçün
kilsə ilə mütləq dil tapmağa çalışacaq.
Di gəl, erməni kilsəsinin ümidləri puç olmağa məhkumdur. Keşiş
Baqratın, yəni Vazgen Qalstanyanın başçılıq etdiyi aksiyaların heç
bir perspektivi yoxdur.
Təbii ki, kilsə ilə qarşıdurmanın sərtləşməsi Nikol Paşinyanla
hazırda aksiyaları dəstəkləyən və maliyyələşdirən erməni diasporu
arasında onsuz da sərin münasibətləri daha da pisləşdirəcək.
Olsun, bütün bunlar Nikol Paşinyanın vecinə də deyil.





























