Advertisement

Azərbaycan və Ermənistanın davamlı sülh əldə etmək imkanı var – Stoltenberq

Bakı. Trend:

Azərbaycan və Ermənistanın indi uzun illər davam edən
münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var.

Trend xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq
Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat
konfransında deyib.

“Mən sizin sülh sazişinə həmişəkindən daha yaxın olduğunuz
barədə dediklərinizi yüksək qiymətləndirirəm və sadəcə olaraq sizi
Ermənistanla davamlı sülh sazişi əldə etmək üçün bu fürsətdən
istifadə etməyə təşviq edə bilərəm”, – o bildirib.