Advertisement

Əli Əsədov Minskə getdi – Trend.Az

Bakı. Trend:

İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə
Minsk şəhərinə işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, “Minsk” milli aeroportunda Əli Əsədovu
Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və digər
rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Baş naziri səfər zamanı qonaq
qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya
İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında
iştirak edəcək.