
Bakı. Trend:
Alyansın Azərbaycanla uzunmüddətli əlaqələri var, müxtəlif
istiqamətlərdə əməkdaşlıq edir.
Trend xəbər verir
ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti
İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Azərbaycan NATO-nun çoxdankı tərəfdaşıdır, biz uzun illərdir
birlikdə işləyirik. Sizin təhlükəsizlik məsələlərinə verdiyiniz
töhfə çox önəmlidir. Qeyd etdiyiniz kimi, Azərbaycan ordusu
Əfqanıstanı sonuncu tərk edib. Hava limanını ittifaq qüvvələrinin
geri çəkildiyi yerdən qorumaq missiyasını yerinə yetirib və bu, çox
vacib bir vəzifə idi”.
Y.Stoltenberqin sözlərinə görə, bu, onun baş katib kimi Bakıya
ilk səfəridir. Əvvəllər isə Norveçin energetika naziri vəzifəsində
çalışarkən bir neçə dəfə Azərbaycanda olub.





























