
Bakı. Trend:
Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek
Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 3-də Azərbaycan
Respublikasına rəsmi səfərə gəlib.
Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan
Parlamentinin sədri Nurlanbek Şakievi və nümayəndə heyətini Milli
Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Qırğızıstanla
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev,
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi
şəxslər qarşılayıblar.





























