
Bakı. Trend:
ABŞ prezidenti Co Bayden İsveçrədə iyunun 15-16-da keçiriləcək
Ukraynaya dair beynəlxalq konfransda iştirak etməyəcək.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat
yayıb.
Məlumata görə, ABŞ-ni tədbirdə vitse-prezident Kamala Harris və
Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk
Sallivan təmsil edəcəklər.





























