
Bakı. Trend:
Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə
seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin
tanınmasının göstəricisidir.
Trend xəbər verir
ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında
deyib.
“Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq
biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə
sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında
vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim
ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun”, – deyə
dövlətimizin başçısı bildirib.





























