Advertisement

Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin geniş
tərkibdə görüşü keçirilib.

Trend XİN-ə istinadən xəbər
verir ki, tərəflər Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq
gündəliyinin iqtisadi, kənd təsərrüfatı, enerji və siyasi
əməkdaşlıq kimi geniş spektrli məsələlərini nəzərdən
keçiriblər.

Nazir Ceyhun Bayramov Macarıstan şirkətlərinin Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinin bərpası səylərində iştirak etmək
və dəstəkləmək üçün əhəmiyyətli potensialının olduğunu
vurğulayıb.

xxx

13:01

Bakıda Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü
keçirilir.

Trend XİN-ə istinadən xəbər
verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu
qarşılayıb.