Advertisement

Nazir macarıstanlı həmkarını azad edilən ərazilərdəki mina təhdidi və problemi barədə məlumatlandırdığını deyib

Bakı. Trend:

Azad edilən ərazilərdəki mina təhdidi, problemi barədə həmkarımı
məlumatlandırdım.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın
xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan ilə
Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə
dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Bir neçə gün əvvəl Ermənistan tərəfindən növbəti saziş
layihəsini əldə etdik. Açıq qalan məsələlərin sayında azalma
mövcuddur. Azərbaycan sülh gündəliyinə sadiqdir və növbəti
addımları atmağa hazırıq”, – nazir əlavə edib.

Xəbər yenilənəcək