
Bakı. Trend:
“Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər
seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm”.
Trend xəbər verir ki, bu fikirlər Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevə
ünvanladığı təbrik məktubunda yer alıb.
“Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi
səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola
bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar
arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29
Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır”, –
məktubda vurğulanır.





























