Bakı. Trend:
Proseslər göstərir ki, erməni Apostol Kilsəsinin Tavuş
Yeparxiyasının rəhbəri. arxiyepiskop Baqrat Qalstanyanın başçılıq
etdiyi etiraz aksiyaları öz çirkin niyyətinə çata bilmədi,
etirazlar kütləvi xarakter almadı. Əminliklə demək olar ki,
Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yerləşən 4 kəndin –
Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı – azad
edilərək Azərbaycana təhvil verilməsi prosesindən və Azəbraycanla
Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə
başlanan etiraz aksiyaları iflasa uğradı.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir
Abbaszadə bildirib ki, bu gün Baqrat Qalstanyanın rəhbərliyi ilə
Ermənistanda baş verən aksiyalar Cənubi Qafqazda,
Ermənistan-Azərbaycan münasibətlərində reallıqları başa düşməyən və
ya qəbul etməyən bir dəstə insanın xaotik hərəkətləri kimi
qiymətləndirmək olar.
“Ermənistandakı revanşist qüvvələr Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanması ilə bağlı olan addımlara
mane törətməyə çalışırdılar”, – deyə o əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























