Advertisement

Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir – Putin

Bakı. Trend:

Azərbaycanla Rusiya arasında münasibətlər uğurla və çox
praqmatik inkişaf edir.

Trend xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin
dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

O, həmçinin bəyan edib ki, Bakı ilə Moskva arasında əlaqələrin
inkişafı üçün logistika və nəqliyyat infrastrukturunu
təkmilləşdirmək lazımdır.