Advertisement

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdirilib – SƏRƏNCAM

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar
Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişdirilib.

Trend-in xəbərinə görə,
Prezident İlham Əliyev bununla bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə Sərəncam imzalayıb.