Advertisement

Ölkəmiz iqlim neytrallığına nail olmağı qarşısına məqsəd kimi qoyub – Marta Matrai

Bakı. Trend:

İqlim dəyişikliyi təhlükəsi insan fəaliyyəti nəticəsində
istixana qazları ilə artmaqdadır.

Trend-in məlumatına görə, bunu Macarıstan Milli Assambleyası
sədrinin müavini Marta Matrai TÜRK PA-nın Bakıda keçirilən “Türk
dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında
parlamentlərin rolu” mövzusunda 13-cü Plenar iclasında çıxışı
zamanı deyib.

O qeyd edib ki, Macarıstanda şiddətli istilər artır və quraqlıq
getdikcə daha ciddi problemlərə səbəb olur.

“Macarıstan quraqlığın qarşısının alınması istiqamətində
tədbirlər görür. Ölkəmiz iqlim neytrallığına nail olmağı qarşısına
məqsəd kimi qoyub. Bərpa olunan enerjinin artırılması, istixana
qazlarının azaldılması da tədbirlər sırasına daxildir. Bərpa olunan
enerjinin payında əhəmiyyətli bir artım var”, – deyə o qeyd
edib.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının
(TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri
Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan
Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri
Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri
Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının
sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR)
Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin
müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq
təşkilatlarının nümayəndələri iştirak edir.