Advertisement

Baş nazir Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

İyunun 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə
görüşüb.

Trend xəbər verir ki, görüşdə “Knauf” şirkətinin Azərbaycanda
uzunmüddətli uğurlu fəaliyyəti barədə məlumat verilib.

Həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra
məsələlər müzakirə olunub.