
Bakı. Trend:
Qırğızıstanla bizim əlaqələrimiz qardaşlıq əsasındadır. Mənim
Qırğızıstana dövlət səfərim çərçivəsində çox önəmli qərarlar qəbul
edildi. Biz indi çox genişmiqyaslı əməkdaşlıq edirik.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev
TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə
söyləyib.
“Bilirsiniz ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu
yaradıldı. …Qırğızıstan Prezidenti öz təşəbbüsü ilə Ağdam
rayonunda bir məktəbin tikintisinə də dəstək göstərdi və onun
təməlini biz birlikdə qoymuşuq. Bütün bunlar qardaşlıq
təzahürləridir”, – deyə dövlətimizin başçısı əlavə edib.





























