Advertisement

Sülh müqaviləsi nə vaxt və necə imzalanacaq?

Azərbaycanla Ermənistan arasında yekun sülh
müqaviləsinin imzalanması prosesi ilə bağlı ehtimallar çoxdur.
Bəziləri sənədin Bakıda keçiriləcək COP29 sammitinədək
imzalanacığını deyir, bəziləri tam əksinə – müqavilənin imzalanması
prosesində yeni problemlər yarandığı üçün tələsməməyi məsləhət
bilirlər.

Belədirsə, Bakı-İrəvan trekindəki proses nə zaman məntiqi və
müsbət sonluqla bitəcək?

Sual ritorik təsir bağışlasa da, yetərincə sadədir. Cavab isə
bir neçə ehtimal və proqnozdan ibarətdir ki, istisnasız olaraq
hamısı bu və digər şəkildə indiki vəziyyətlə, həmçinin yaxın
perspektivdə yaşana biləcək olaylarla bağlıdır.

Ehtimallara tezis və antitezis formatında nəzər salaraq təhlil
etməyə çalışaq.

1. Sülh sazişi COP29-a qədər imzalanacaq.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir
və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan
Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu
sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq
tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir.
Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.

Bakıda keçiriləcək COZ-29 ilə bağlı Ermənistanın da gözləntiləri
var. Belə ki, erməni mediasında yer alan iddialara görə,
Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya səfəri istisna
deyil.

Rəsmi İrəvan bu iddianı tdərhal təkzib etsə də, məlumatın feyk
qismində belə, yayılması göstərir ki, Ermənistanın hakimiyyət
dairələri noyabr ayınadək sülh sazişinin imzalanmasında
maraqlıdırlar. “Maraq” anlaşılandır: Ermənistanın Müstəqillik
Bəyannaməsində və Konstitusiyasının preambulasında “Dağlıq Qarabağ
Muxtar Vilayəti Ermənistan ərazisidir” ifadəsi yer alıb.

İndi nə o muxtar vilayət, nə də Dağlıq Qarabağ ölkəmiztin
ərazi-inzibati bölgüsündə olmasa da, Ermənistanın ali qanununda
Azərbaycana qarşı ərazi iddiası qalır. Sülh sazişinin dayanıqlı
olması üçün Ermənistanda ölkəmizə qarşı hər hansı revaşizm cəhdləri
və ərazi iddiaları üçün qanuni əsas olmamalıdır. Bundan başqa, Bakı
və İrəvan arasında sülh sazişi imzalansa belə, Ermənistandakı
revanşistlər bu sənədin ölkə Konstitusiyasına zidd olduğunu
deyəcəklər. Belədə, Ermənistanın Konstitusiya Məhkəməsi sənədi
qeyri-legitim də elan edə bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan da məhz bu səbəbdən
tələsir, sülh sazişini mümkün qədər tez imzalamaq istəyir. Sənədin
COP29 başlayana qədər imzalanacağı ilə bağlı narrativlərin
ünvanının Ermənistan olmasının səbəbi də elə budur. Fəqət, rəsmi
İrəvan Konstitusiyaya zəruri dəyişikliklər etməzsə, imzalanacaq
sülh sazişi istənilən an İrəvan tərəfindən mübahisələndirilə
bilər.

2. Ermənilər “biz hazırıq” söyləyirlər. Bu nə
deməkdir?
Ermənistanın XİN-i “sülh sazişinin bir ay
ərzində imzalanması mümkündür” bəyanatı əslində bravurluq,
illüziyalarla reallığın sintezidir.

Bundan başqa, Ermənistan XİN nədənsə hesab edir ki,
Konstitusiyaya zəruri dəyişikliklər və Azərbaycana qarşı ərazi
iddiasının bu sənəddən çıxarılması “rəsmi Bakının Ermənistanın
daxili işlərinə müdaxilə cəhdidir”.

Tam absurd və idiotik açıqlamadır.

Azərbaycana qarşı ərazi iddiasının ləğvinin tələbi ölkəmizin tam
qanuni, beynəlxalq hüquqa uyğun şərtidir. Həmin iddianın ləğv
edilməməsi Azərbaycan üçün Ermənistana qarşı hərbi əməliyyatlara
başlamağa tam qanuni, legitim əsas, yəni “casus belli” ola bilər.
Təbii ki, biz savaş istəmirik – amma ərazilərimizə kimsənin iddia
etməsi, ələlxüsus da həmin iddianın Konstitusiyada yer alması ilə
razılaşmaq niyyətimiz də yox.

3. Nikol Paşinyanın məqsədi nədir?
Ermənistandakı proseslərin gedişatı göstərir ki, Nikol Paşinyan onu
devirmək və hakimiyyətdən kənarlaşdırıb həbsxanaya atmaq istəyən
arxiyepiskop Baqratın, yəni Vazgen Qalstanyanın rəhbərlik etdiyi
etiraz aksiyalarının potensialını zəiflədə bilib. Erməni kilsəsi,
ABŞ, Rusiya və Fransadakı erməni icmalarının diaspor təşkilatları,
əslən Qarabağdan olan ermənilərin «qarabağlılar klanı»nın və bu
klanın rəhbərləri, sabiq prezidentlər Robert Köçəryanla Serj
Sarqsyanın birgə fəaliyyət göstərdikləri müvəqqəti alyansın kinetik
enerjisi artıq tükənmək üzrədir.

Keşiş Baqratın potensial siyasi enerjisi zatən minimum həddə
olduğundan, Paşinyan hakimiyyəti narahat deyildi.

Ermənistan Konstitusiyası ilə bağlı İrəvandakı hakimiyyəti
şapito oyunlarına rəğmən, rəsmi Bakı sülh danışıqlarını inensiv
davam etdirmək niyyətindədir. Danışıqlarda müsbət irəliləyişlərin
olduğu da vurğulanır. Həmin irəliləyişlər barədə heç bir təfərrüat
açıqlanmasa da, tərəflər arasında müəyyən və konkret razılaşmaların
artıq əldə olunduğunu ehtimal etmək olar.

Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 sammitinə
qatılmayacağı barədə rəsmi açıqlama isə faktiki olaraq sülh
sazişinin bu ilin sonunadək imzalanmayacağı anlamına gələ
bilər.

4. Sülh sazişindən əvvəl delimitasiya?
Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin
delimitasiyası və demarkasiyası prosesi artıq başlanıb. Qazax
rayonunun 32 ildən bəri Ermənistanın işğalında qalmıq 7 kəndinin
4-nün azad edilərək qaytarılması prosesi delimitasiya prosesinin
real başlanğıcı oldu.

Həmin proses başlanan kimi, yəni aprelin 19-da arxiyepiskop
Baqratın, yəni Vazgen Qalstanyanın rəhbərliyi ilə etiraz
aksiyalarına start verildi. Paşinyan hazırda o aksiyaların
müqavimət potensialını zəiflədərək Qalstanyanı irəli çıxaraq
qüvvələrin qarşısından geri çəkilməyib. Tam əksinə, İrəvandakı
hakimiyyət “Kilsə-Diaspora – Qarabağlı ermənilər klanı” triousunun
üzərinə gedərək onları dağıtmağa başlayıb.

Belədə delimitasiya prosesininr davam edəcəyini və uğurla başa
çatacağını demək olar.

Növbəti mərhələ sülh sazişinin imzalanmasıdır. Əgər Nikol
Paşinyan vəziyyəti olduğu kimi saxlayarsa və Ermənistan
Konstitusiyasına zəruri dəyişikliklərə nail olmazsa, İrəvan
bölgəmizdəki bütün regional layihələrdən kənarda qalmağa davam
edəcək.

Hələlik delimitasiya prosesi gedir – sülh sazişinin onunla
paralel şəkildə imzalanacağı, yaxud sözügedən prosesdən sonra
olacağı İrəvandan asılıdır.

5. Ermənistanda referendum olacaqmı? Cənubi
Qafqazda dayanıqlı sülh və stabil təhlükəsizliyin bərqərar olması
üçün yekun sülh sazişi şərtdir. Bunun üçünsə Ermənistanda
Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməlidir.
Nikol Paşinyan referendum üçün əsaslı və erməniləri inandıracaq
səbəb tapmalıdır.

Azərbaycana qarqşı ərazi iddialarının erməni Konstitusiyasında
qalmaası hansısa dayanıqlı sülhlə bağlı ehtimalları minimuma
endirir.

Ermənistan rəhbərliyi indi ciddi düşünməli, perspektivi və
inkişafı istəyirsə gərəkli addımlar atmalıdır.