Advertisement

Minsk qrupu öz mandatına uyğun fəaliyyət göstərməyib (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Torpaqlarımızın işğalda olduğu zaman kəsiyində biz ölkəmizə
qarşı ən müxtəlif istiqamətlərdən təzyiqlərin həyata keçirildiyinin
şahidi olmuşuq.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.

O bildirib ki, həmin dövrdə mövcud olmuş və fəaliyyətini başa
vurmuş ATƏT-in Minsk Qrupu öz mandatına uyğun olaraq BMT
Təhlükəsizlik Şuralarının qətnamələrinin həyata keçirilmələri
istiqamətində addımlar atmalı idi.

“Amma bu addımların mahiyyəti üzrə heç birinin şahidi olmadıq.
Əksinə, bu zaman kəsiyində ən yaxşı halda işğalçı ilə işğala məruz
qalan arasında bərabərlik işarəsinin qorunmasına cəhd göstərilib.
Eyni zamanda, proseslərin uzadılması nəticəsində Azərbaycan
xalqının təslimçi sülhə vadar edilməsi istiqamətində müxtəlif
səylər nümayiş etdirib.

Əslində, Minsk qrupu 44 günlük müharibədə və daha sonrakı dövrdə
açıq şəkildə ortaya çıxdı. Bəlli oldu ki, məqsəd danışıqlar
prosesinin uzadılmasıdır. Faktiki olaraq Ermənistan himayə
edilməklə bölgədə münaqişəli vəziyyətin qorunub saxlanılması və bu
vəziyyət vasitəsilə bölgəyə müdaxilə imkanlarının daimi olmasına
cəhdlər vardı”, – o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik: