Advertisement

Ermənistanın yeganə çıxış yolu – Konstitusiya dəyişməsə, sülh müqaviləsi olmayacaq (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin
imzalanmasına mane olan ən başlıca amillərdən biri Ermənistan
Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını
təsbit edən müəyyən müddəaların mövcud olmasıdır. Azərbaycan
dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün
Ermənistan konstitusiyasında dəyişiklik edilməli və ərazi iddiaları
ilə bağlı müddəalar aradan qaldırılmalıdır.

Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament
sədrləri ilə keçirilən görüşdə açıq şəkildə Azərbaycanın şərtini
bir daha bəyan etdi. Dövlət başçısı bildirdi ki, “Ermənistanın
hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla
Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün
deyil”.

Məsələ ilə bağlı Trend-ə videomüsahibə verən “Hilal” Sosial
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Arzuman Abdulkərimov
bildirib ki, bu məsələ sülh müqaviləsinin imzalanmasını uzadır.

“Ermənistan tərəfi deyir ki, konstitusiyada dəyişiklik edəcəyik,
ancaq bu etmək istəyirdilərsə, bu proses indiyə qədər baş verməli
idi. Ermənistan istisna olmaqla, dünyanın heç bir ölkəsinin
konstitusiyasında digər ölkəyə qarşı ərazi iddiası yoxdur.
Ermənistan bilməlidir ki, konstitusiyasına dəyişiklik etmədən
Azərbaycan sülh müqaviləsi imzalamayacaq”, – deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik: