
Qahirə. Trend:
Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük təkan
verəcək.
Trend xəbər verir ki, bu
sözləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti
Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı bildirib: “Keçən il biz Prezident Sisini
Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu
göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır və biz
razılaşdıq ki, bundan sonra da bu siyasi dialoq davam
etdirilsin”.





























