Advertisement

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar

Qahirə. Trend:

Hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyən
etmək işində müəyyən uğurlara nail olublar, 12,7 kilometr dövlət
sərhədi, demək olar ki, razılaşdırıldı.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti
Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın otuz ildən çox
müddət ərzində işğal altında olmuş Qazax rayonunun dörd kəndi
danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu
müsbət hal kimi qiymətləndiririk”.