
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali
bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat
yayıb.
Trend-in xəbərinə görə, bəyanatda vurğulanıb ki, Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və
ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun
2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş
qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini
tanımır.




























