Advertisement

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq

Bakı. Trend:

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi
açılacaq.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazir İrakli
Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat
verilir.

Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi
razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid
məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına
töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da
gücləndirəcək”, – deyə məlumatda bildirilir.