Advertisement

Milli Məclisin sədri Minsk şəhərində Zəfər abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti
iyunun 10-da səfər çərçivəsində Minsk şəhərində Zəfər abidəsini
ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə bildirilib ki, spiker Sahibə Qafarova abidənin önünə əklil
qoyub.

Sonra burada Azərbaycan və Belarusun Dövlət himnləri
səsləndirilib.