Advertisement

Bakı və İrəvanın sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq üçün real imkanı var – Mirzoyan

Bakı. Trend:

Bakı və İrəvanın sülh sazişi layihəsi üzərində işi
yekunlaşdırmaq üçün real imkanı var.

Trend
Ermənistan KİV-ə xəbər verir ki, bu barədə Ermənistanın xarici
işlər naziri Ararat Mirzoyan ABŞ-Ermənistan Strateji Dialoqu üzrə
yekun iclasın açılışında deyib.

Azərbaycanla sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq
üçün tarixi məqamın olduğunu deyən Mirzoyan Ermənistanın
Azərbaycanla münasibətlərin normallaşmasına və ərazi bütövlüyünün
qarşılıqlı tanınmasına əsaslanaraq sərhədlərin delimitasiyasına
sadiq olduğunu əlavə edib.

“Sülh sazişi layihəsini yekunlaşdırmaq üçün tarixi real
məqamdır, bu sülh sazişinin imzalanması regionda uzunmüddətli sülh
üçün yeni qapı aça bilər”, – Ermənistan XİN rəhbəri deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun