Bakı. Trend:
11 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirakı
çərçivəsində Ukraynanın xarici ilər naziri Dmitro Kuleba ilə
görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş
zamanı Azərbaycan-Ukrayna əməkdaşlıq gündəliyində duran aktual
məsələlər, habelə bölgədəki cari vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov Ukraynalı həmkarını bölgədəki son
vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı
bərpa-yenidənqurma işləri, mina təhdidi, Azərbaycan və Ermənistan
arasında münasibətlərin normallaşması üçün atılan addımlar, habelə
maneələr barədə məlumatlandırıb.
Ukrayna tərəfi ölkəsinə göstərilən humanitar dəstəyə və bərpa
işlərinə görə təşəkkür edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli
və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





























