Advertisement

Azərbaycan Cənubi Qafqazda multikulturalizmin ən yaxşı nümunəsidir – La Gazette du Caucase

Bakı. Trend:

Azərbaycan həm milli ənənələri, həm də humanizmi əhatə edən
multikulturalizm prinsiplərini özündə təcəssüm etdirən çox az
ölkədən biridir.

Trend xəbər
verir ki, bu barədə Fransanın onlayn La Gazette du
Caucase
qəzetində dərc olunan məqalədə deyilir.

“Çoxəsrlik tarixi və İpək Yolu üzərindəki strateji yerləşməsi
sayəsində müxtəliflik daima Azərbaycan cəmiyyətinin ayrılmaz
hissəsi olub. Bu gün Azərbaycanın şəhər və rayonlarında müxtəlif
etnik qruplar dinc şəraitdə yaşayır, bərabər hüquqlardan istifadə
edir, mədəni fəaliyyətlərini inkişaf etdirir”, – məqalədə
deyilir.

Müəlliflər qeyd edir ki, Azərbaycanın çoxtərəfliliyə
sadiqliyinin bariz nümunəsi onun Qoşulmama Hərəkatına (QH) uğurlu
sədrliyidir.

“2011-ci ildə Azərbaycan Balidə Qoşulmama Hərəkatına üzv
dövlətlərin yekdil dəstəyi ilə hərəkatın tamhüquqlu üzvü olaraq
qəbul edilib. 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatına
üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə
Toplantısında 120 BMT-yə üzv dövlətin və 42 beynəlxalq təşkilatın
yüksək səviyyəli nümayəndələri iştirak edib.

Bakı sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə
sədrlik Azərbaycana verilib. Daha sonra BMT-yə üzv dövlətlər
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasını
nəzərə alaraq, Bakıdan sədrliyini daha bir il uzatmağı xahiş
ediblər. Azərbaycan buna müsbət cavab verərək sədrlik müddətini
2023-cü ilə qədər uzadıb”, – məqalədə deyilir.

Məqalədə, həmçinin, Ermənistanın Azərbaycan torpaqlarının 30
illik işğalı müddətində törətdiyi vəhşiliklər qeyd olunur.

“Uzun illər ərzində Ermənistan tərəfi Azərbaycan ərazisində guya
“erməni irsinin məhv edildiyini” bar-bar bağıraraq, tarixi alban
məbədlərinin bərpasına mane olmağa çalışıb. İndi isə, 200 il
ərzində ilk dəfə olaraq Alban-Udi Xristian İcması sərbəst şəkildə
öz məbədlərini ziyarət edə və əcdadlarının inşa etdiyi kilsələrdə
edə bilər. Ermənilər artıq bölgənin tarixini istədikləri kimi diqtə
edə bilmirlər.

Hətta iki ölkə arasında münasibətlərin ən pis olduğu dövrlərdə
də Azərbaycanda erməni kilsələri fəaliyyətini davam etdirib. Lakin
Qarabağ erməni işğalı altında olan zaman işğal olunmuş ərazilərdəki
Azərbaycan məscidləri anbar kimi istifadə edilib, tarix və
mədəniyyət abidələri isə vandalizmə məruz qalıb. Bu, bir daha
göstərir ki, Azərbaycan və onun prinsipləri Cənubi Qafqazda böyük
hörmətə layiqdir”, – məqalədə qeyd olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun