Advertisement

Paşinyan etiraf etdi: bütün erməni ideologiyası yanlış idi

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində
çıxışında erməni dövlətçiliyi, hakimiyyəti və cəmiyyətinə dair
ideologiyanın bütünlüklə yanlış olduğunu etiraf edib.

Belə ki, Paşinyan 1998-ci ildə keçirilən Lissabon sammitinin
məhz Qarabağ münaqişəsinin həllinə dair yekun sənədini deputatlar
üçün oxuyub. Paşinyan sənədi oxuyub bitirəndən sonra etiraf etməyə
davam edib.

O, “Biz yanlış, səhv başa düşdük” sözləri ilə özlərinə bəraət
qazandırmağa başlayıb.

Ermənistanın baş naziri vurğulayıb ki, bütün bu onilliklər
ərzində Ermənistan hakimiyyətindən başqa heç kim Qarabağ
ermənilərinin “öz müqəddəratını təyin etmə məsələlərini” nəzərdən
keçirməyib. Təbii ki, o, bütün Ermənistan hakimiyyətinin son 30 il
ərzində öz maraqları naminə siyasi manipulyasiyalarda bu amildən
istifadə etdiklərini qeyd etməyi unutmayıb.

Əslində, Ermənistanın baş naziri açıq şəkildə etiraf edib ki,
SSRİ dağılandan 2020-ci ildə Azərbaycan ordusu ölkənin işğal
olunmuş ərazilərini azad edənə qədər Ermənistan hakimiyyəti öz
ölkəsini və xalqını, necə deyərlər, yanlış istiqamətdə aparıb.

Yanlış istiqamətdə hərəkət etdiklərini anladılar və qeyd
etdilər. Nikol Vovaeviç, bəs indi düzgün istiqamətdə getməyə
başlamağın vaxtı deyilmi?

​​​​​​​(Tərcümə: Rəna Əbdürəhmanova)