Bu danılmaz bir həqiqətdir ki, aparıcı Qərb institutları, o
cümlədən ABŞ başda olmaqla, əksər Qərb ölkələri müstəqil siyasət
yürüdən dövlətlərə qarşı müxtəlif təzyiq üsullarından istifadə
edirlər. Bu zaman isə onların istinad etdiyi ən əsas məsələ “insan
haqları”, “söz azadlığı”, “demokratiya” kimi gəlişi gözəl sözlər
olur. Reallığa gələndə isə onların bu məsələdən yalnız şəxsi
maraqlar naminə istifadə etdiklərini görürük.
Bunu Trend-ə Milli Məclisin
deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, bunun belə olduğunu sübuta getmək yetirmək
üçün heç də uzağa getmək lazım deyil:
“Son vaxtlar Ermənistanda baş verən hadisələr və Qərbin bu
hadisələrə yanaşması onların demokratiya, söz azadlığı və insan
haqları məsələsinə yanaşmada nə qədər “səmimi” olduqlarını ortaya
çıxarır. Məsələ burasındadır ki Ermənistanda polis zorakılığı ən
son həddə çatıb. Aksiya zamanı mülki şəxslərə qarşı qəddar davranış
sərgilənir. Lakin Qərb institutları buna göz yumur. Burada da
Qərbin məsələlərə ikili standartlardan yanaşdığının növəbti
nümunəsini görürük”.
V.İskəndərov deyib ki, bütün bunlar bir daha bizləri nəticə
çıxarmağa səsləyir.
“Mən “bizlər” deyəndə hələ də Qərbin guya hansısa ölkələrə
azadlıq, demokratiya gətirmək üçün çalışdığına inananları, yaxud
bunu iddia edənləri nəzərdə tuturam. Deyirəm ki, gəlin özümüzü
aldatmayaq. Qərbin iç üzünü bir daha görürük. Görürük ki,
demokratiya, insan haqları Qərb üçün sadəcə öz qaranalıq
maraqlarına nail olmaq üçün bir vasitədir. Yəni Ermənistanın mövcud
hakimiyyəti onların maraqlarının icraçısı olduğu üçün Qərb bu gün
Ermənistanda baş verən polis zorakılığına göz yumur”, – o əlavə
edib.





























