Bakı. Trend:
Ötən gün Müdafiə Nazirliyi Vətən Müharibəsindən sonra Azərbaycan
ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının
sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması
prosesinin başa çatdığı barədə məlumat yayıb.
Sülhməramlı kontingentin ölkəmizi tərk etməsini Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov bildirib
ki, Rusiya sülməramlılarının ölkəmizin ərazisini tərk etməsi
Azərbaycanın növbəti uğurudur.
“Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror
tədbirlərindən sonra Rusiya sülhməramlılarına ehtiyac qalmadığı
üçün ərazimizi tərk etməsi barədə razılığa gəlinməsi müsbət
addımdır. Azərbaycan son antiterror tədbirlərindən sonra Qarabağda
hər hansısa üçüncü tərəfin və eyni zamanda sülhməramlıların
xidmətinə ehtiyac duymadı”, – hərbi ekspert əlavə edib.
Geniş videomüsahibəni təqdim edirik:





























