Bakı. Trend:
Milli Məclisin iclası keçirilir.
Trend-in məlumatına görə, iclasda 11 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin
icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
2. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
3. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Yol hərəkəti
haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət
rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki
dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki
dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi
haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).
11. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).





























