Advertisement

Ermənistanda ciddi siyasi böhran var – Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Hazırda Ermənistanda baş verən proseslərdən açıq aydın görünür
ki, ölkədə ciddi siyasi böhran var. Baş nazir Nikol Paşinyan
hadisələrə nəzarət edə bilmir.

Trend xəbər verir ki, bunu Arb24-ə açıqlamasında Trend BİA-nın
direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son günlər Nikol Paşinyan davamlı olaraq
sülh mesajları verirdi, hətta sülh müqaviləsi imzalanana kimi
Azərbaycanla kommunikasiyaların açılmasının mümkünlüyünü
bildirirdi.

“Amma artıq iki gündür ki, Naxçıvanda mövqelərimizin davamlı
atəşə tutulması bir daha sübut etdi ki, Paşinyan sülh
bəyanatlarında ya səmimi deyil, ya da Ermənistan ordusuna nəzarəti
itirib. Məlum məsələdir ki, Ermənistan ordusunda da revanşist və
separatçı qüvvələr var. Onlar Azərbaycana qarşı hərbi təxribatlar
törətməklə sülhə mane olmağa çalışırlar.

Görünən odur ki, həm iştirakçı qüvvələr, həm də ordudakı
revanşistlər xarici dairələrin diqtəsi ilə hərəkət edir və bu
Ermənistanı daha böyük faciələrə sürükləyir. Xüsusilə də,
Paşinyanın KTMT-dən çıxmaq istəyi, Fransa hərbi kontingentinin
Ermənistana gətirilməsi cəhdləri Cənubi Qafqazda yeni təhlükələrə
yol aça bilər. Sirr deyil ki, Qərb bölgəmizdə yeni münaqişə
yaratmağa çalışır. Amma hesab edirəm ki, bölgə ölkələri, xüsusilə
dünyada öz mövqeyini qətiyyətlə diqtə edən qüdrətli Azərbaycan bu
planları pozacaq”, – deyə S.Kərimli qeyd edib.

Verilişin geniş versiyasını təqdim edirik: