Bakı. Trend:
Ermənistanda vətəndaşların aksiyalarına qarşı şiddət və güc
tətbiq olunur. Polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək
üçün hətta ifrat güc tətbiqindən belə çəkinmir. Lakin əfsuslar
olsun ki, başqa vaxt demokratiyadan danışan beynəlxalq təşkilatlar
susqunluq nümayiş etdirir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir
Abbaszadə bildirib ki, başqa vaxt demokratiyadan, söz azadlığından,
insan haqlarından danışan beynəlxalq təşkilatlar, Qərb dövlətləri
Ermənistanda baş verən proseslərə göz yumurlar.
“Bu o demək deyil ki, onlar bunu görmürlər, Qərb mediası bu
proseslərdən xəbərdar deyillər. Sadəcə olaraq onlar bunu görməzdən
gəlirlər. Başqa ölkələrdə bu cür hadisələr baş verən kimi bu
hadisələrdən həmin ölkələrə qarşı qarayaxma kampaniyası aparırlar”,
– deyə deputat əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























