Bakı. Trend:
İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP)
təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar
və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”
mövzusunda beynəlxalq konfrans keçirilir.
Trend xəbər verir ki, beynəlxalq konfransda Türk Dövlətləri
Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya
rəhbərləri də daxil olmaqla, 300-dək qonaq iştirak edir.
Beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı:
qlobal təhlükəsizliyə regional töhfə”, “Ortaq dəyərlərlə
müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması
kimi” və “Türk Dünyası-2040: gələcəyə konseptual baxış”
mövzularında üç plenar sessiya təşkil ediləcək.





























