Advertisement

Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk – TBMM-nin üzvü

Şuşa. Trend:

Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərimizə işıq tutan
bir sənəd deyil, eyni zamanda, bölgədə təhlükəsizliyi və daimi
sülhü təmin edir.

Trend xəbər verir ki, bunu Şuşada keçirilən “Türk Dövlətləri
Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni
strateji hədəflərə doğru” beynəlxalq konfransda Türkiyənin Ədalət
və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət
Məclisinin (TBMM) üzvü Efkan Ala deyib.

“Türkiyə-Azərbaycan birliyi bir təhdid deyil, ortaq coğrafiyamız
üçün güclü bir təminat qaynağıdır. İşbirliyi çərçivəsində bölgənin
sabitliyi üçün gündəmi daim yaxından izləyirik. Regionda
normallaşma istiqamətində Azərbaycanın səylərinə güclü dəstəyimizi
davam etdiririk”, – deyə Türkiyənin Ədalət və İnkişaf Partiyası
Sədrinin birinci müavini vurğulayıb.